"Zirə" üçün Misli Premyer Liqasının XXVIII turu əlamətdar yubileylə yadda qalıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "qartallar" ölkə çempionatları çərçivəsində 100-cü heç-heçəsini qeydə alıb.
Onlar "Neftçi" ilə keçirilən ev oyunu 1:1 hesabı ilə başa çatıb.
Paytaxt təmsilçisi elitada çıxdığı 332-ci matçda 100-cü dəfə meydanı sülhlə tərk edib.
Bununla da "Zirə" Azərbaycan çempionatları tarixində 100 və daha çox heç-heçə edən 11-ci komanda olub.


