UFC-nin sabiq çempionu Şon Striklend Həmzət Çimayevi qorxaqlıqda ittiham edib.
Offsideplus.az xəbər verir ki, ABŞ-dən olan döyüşçü bunları söyləyib:
“Hazırda Nyuportda, Korona-del-Mar çimərliyindəyəm... Ancaq boş-boş danışır, özünü gədə-güdə kimi göstərir. Paulo Kostanın sənin daxili üzünü necə ortaya çıxardığını hamımız gördük.
Mən sənin idman zalından cəmi 10 dəqiqəlik məsafədə idim. Harada olduğumu bilirdin. İçimdə bir ümid var idi ki, bəlkə gələrsən. Mən Amerikada hədə-qorxu gələ biləcəyin ən sonuncu adamam”.
Qeyd edək ki, Çimayev və Striklend mayın 9-dan 10-na keçən gecə titul döyüşündə üz-üzə gələcəklər.


