Antalyada davam edən U-20 "Çempionlar" beynəlxalq turnirinin ikinci günündə Azərbaycan güləşçiləri fəxri kürsüdə yer alıblar.

Offsideplus.az xəbər verir ki, bu gün ərzində yığmamızın üzvləri ümumilikdə 4 medal qazanıblar.

Yunan-Roma güləşi növündə 87 kq çəki dərəcəsində mübarizə aparan Orxan Hacıyev gümüş medala sahib olduğu halda, eyni çəkidə Abdullah Həsənov bürünc mükafatla kifayətlənib. Sərbəst güləşçilərin yarışında Nurlan Ağazadə (74 kq), qadın güləşçilərin mübarizəsində isə Esra Məmmədli (53 kq) turniri üçüncü pillədə başa vuraraq bürünc medalları aktivlərinə yazdırıblar.

Beləliklə, yarışın növbəti günü komandamız üçün bir gümüş və üç bürünc medalla yadda qalıb.