"Bugünkü oyunumuzdan razı deyiləm".
Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç "Qəbələ" ilə oyundan sonra deyib.
Serbiyalı mütəxəssis qələbəyı baxmayaraq oyundan razı qalmayıb:
"Uzun müddətdən sonra 3 xal qazanmağı bacardıq.
9 oyunluq seriyadan sonra qələbə qazanmaq komandanın motivasiyasını qaldırmaq üçün vacib idi. Yenə də demək istəyirəm ki, komandanın oyunundan razı qalmadım.
O, əvəzlənən Nikola Ninkoviçin performansına da toxunub:
"Ninkoviç bizim üçün vacib oyunçudur. Amma onun da bugünkü oyunundan razı qalmadım".


