"Qəbələ" Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Sumqayıt"a 0;1 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:
"Oyunda böyük üstünlük bizdə idi. Qol epizodlarını reallaşdırmaq lazım idi. İki dəfə boş qapıya düşə bilmədik. Mənə elə gəlir ki, soyuqqanlıq çatmır bizdə. Çalışıb əlimizdən gələni etməliyik, Premyer Liqada qalaq.
Sonda azarkeşlərə təşəkkür etmək istəyirəm. Baxmayaq ki, uğursuz nəticələr əldə edirik, onlar bizi heç vaxt tək qoymur. Onlardan xahişim budur ki, dəstəyə davam etsinlər".


