Azərbaycan Basketbol Liqasında (ABL) son iki yarımfinalçı bu gün məlum olacaq.
Offsideplus.az xəbər verir ki, ilk olaraq "Neftçi" və NTD parketə çıxacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Daha sonra "Ordu" və "Gəncə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Matç saat 17:00-da start götürəcək.
Hər iki seriyada hesab bərabərdir - 1:1. Bugünkü qarşılaşmalarda qələbə qazanan komandalar yarımfinala yüksələcək.
ABL, pley-off
14:00 "Neftçi" - NTD (seriyada hesab - 1:1)
Bakı İdman Sarayı
17:00 "Ordu" - "Gəncə" (seriyada hesab - 1:1)
Bakı İdman Sarayı


