"Naxçıvan" - "Sabah" oyununda 19 xal, 4 ribaund, 3 assistə imza atan Keyt Cordan matçdan sonra "Azbasketbol"a müsahibə verib.

Offsideplus.az xəbər verir ki, oyunçu əvvəlcə görüşü şərh edib:

"Fikrimcə, daha yaxşı oynaya bilərdik. Lakin qələbə ilə oyunu bitirdik. "Naxçıvan"ı qeyd etmək lazımdır, yaxşı mübarizə apardılar. Bizi sınağa çəkdilər".

K.Cordan komandadakı atmosferi belə təsvir edib:

"Biz rəqabəti sevirik. Bu səbəbdən çoxlu enerji və hirs görünür. Enerji çox yaxşıdır, lakin bir az rəqabətliyik. Düşünürəm ki, biz çempionatı ilk yerdə bitirəcəyik. Bunun üçün çalışırıq, hədəfimiz budur".

Geniş müsahibəyə buradan baxa bilərsiniz:

View this post on Instagram

A post shared by azbasketbol (@azbasketbol)