"Şəki" ABL-nin 1/4 final mərhələsində "Abşeron Lions"a hər iki oyunda məğlub olaraq mübarizəni dayandırıb. 

Offsideplus.az komandanın baş məşqçisi Bedri Meriçin matçdan sonra səsləndirdiyi fikirləri təqdim edir:

"Rəqibimizi qələbəyə görə təbrik edirəm, onlara digər matçlarda uğurlar arzulayıram. Bugünkü matç əslində bizim üçün bütün mövsümün icmalı kimi idi. Yaxşı basketbol oynadıq, yaxşı mübarizə apardıq, amma sonluğa gücümüz çatmadı. Bu mövsüm hər şey bizim üçün belə oldu. Sonunadək döyüşdük, pley-off hədəfimizə çatdıq, amma bura qədər imiş. Yaxşılar ayaqda ölər. Biz bu cür sonuna qədər əlimizdən gələni etdik. Bu mövsüm bütün zəhmətləri üçün oyunçularımın hər biri ilə fəxr edirəm və onlara minnətdaram. 2 il burada olduğum müddətdə sonadək yanımda olub, zəhmət çəkən bütün komanda heyətinin hər birinə ayrılıqda ürəkdən təşəkkür edirəm. Bundan başqa, Azərbaycan Basketbol Federasyonuna bu mövsüm bizlərə göstərdiyi bütün dəstək üçün minnətdaram".