Bu gün ABL-də 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha 2 oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, 14:00-da "Şəki" "Abşeron Lions"u qəbul edib və məğlub olub. Seriyada qələbə sayını 2-yə çatdıran Abşeron şirləri yarımfinala adlayan ilk komanda olub.

"Naxçıvan" isə saat 19:00-da "Sabah"la qarşılaşıb. Rimas Kurtinaytisin komandası bu görüşdə də rəqibini məğlub edərək adını yarımfinala yazdırıb.

ABL, 1/4 final (cavab oyunları)

17 aprel (cümə)

14:00 "Şəki" - "Abşeron Lions" 94:105

 (28:31, 18:21, 20:26, 28:27)

Seriyada hesab: 0:2

19:00 "Naxçıvan" - "Sabah" 86:97

(20:22, 19:23: 26:26, 21:26)

Seriyada hesab: 0:2