"Hər iki komanda üçün vacib oyun idi".

Offsideplus.az xəbər verir ki, bunu "Neftçi" ilə matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, ikinci hissədə daha yaxşı oynadıqlarını da bildirib:

"Oyun bizim üçün pis başladı. "Neftçi"nin epizodları var idi. Səhvlərimiz onların epizodlara girməyi ilə nəticələnirdi. Daha sonra oyunu bərabərləşdirdik.

İkinci hissəyə daha yaxşı başladıq. Yaxşı oynadığımız anlarda qol buraxdıq. Komandamın sonlarda göstərdiyi reaksiya əla idi. Son ana qədər çalışıb qol vurmaq mənim üçün qürurverici idi".