"Real"ın futbolçusu Dani Sebalyos “Ayaks”a keçə bilər.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Niderland təmsilçisi 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Sebalyosun  kral klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, 2017-ci ildən “Real”da forma geyinən futbolçu cari mövsüm bütün yarışlarda 22 matçda meydanda olub.