Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Ciloğluna qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıb.
Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.
Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.


