"Şaxtyor"un baş məşqçisi Arda Turan futbol tarixində öz yerini alıb.
Offsideplus.az xəbər verir ki, Türkiyə futbolu tarixində Avropa arenalarında ən yüksək mərhələlərə qədər irəliləyən mütəxəssislərin siyahısına artıq yeni bir ad əlavə olunub. Arda Turan "Şaxtyor Donetsk"in sükanı arxasında bu elit kluba daxil olan 5-ci məşqçidir.
Tarixi Xronologiya:
- 1968/1969 | Adnan Süvari ("Göztəpə")
Türkiyə futbol tarixində Avropada yarımfinal görən ilk baş məşqçidir.
- 1988/1989 | Mustafa Dənizli ("Qalatasaray")
Avropa çempion klublar kuboku: "Sarı-qırmızılılar"ı Avropanın ən mötəbər turnirində ilk dördlüyə daşıyaraq böyük səs salıb.
- 1999/2000 | Fatih Terim ("Qalatasaray")
UEFA Kuboku: Yarımfinalı keçərək kuboku Türkiyəyə gətirən yeganə baş məşqçi kimi tarixdə özünəməxsus yer tutur.
- 2012/2013 | Aykut Kocaman ("Fənərbağça")
UEFA Avropa Liqası: "Sarı-lacivərdlilər"lə finalın bir addımlığına qədər yüksələrək tarixi uğura imza atıb.
- 2025/2026 | Arda Turan ("Şaxtyor Donetsk")
UEFA Konfrans Liqası: Ukrayna klubu ilə yarımfinala vəsiqə qazanaraq adını bu əfsanəvi siyahıya yazdıran ən gənc mütəxəssis olub.
Diqqətçəkən məqam:
Bu siyahıdakı ilk dörd məşqçi bu uğuru Türkiyə klubları ilə qazandığı halda, Arda Turan bir əcnəbi klubla ("Şaxtyor Donetsk") Avropa arenalarında yarımfinal görən ilk türkiyəli baş məşqçi kimi fərqlənir.


