Moyses Kaysedonun "Çelsi"dəki taleyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Klub  yarımmüdafiəçisini heyətində saxlamaq niyyətindədir.

Tərəflərin artıq yeni uzunmüddətli müqavilənin şərtlərini razılaşdırdığı bildirilir.

Qeyd edək ki, ekvadorlu futbolçu 2023-cü ilin yayında “Brayton”dan rekord məbləğə - 115 milyon funt sterlinqə transfer olunmuşdu.