Dünya Çempionatının başlamasına cəmi iki ay qalmış Səudiyyə Ərəbistanı milli komandasında gözlənilməz gəlişmə yaşanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Erve Renar vəzifəsindən kənarlaşdırılıb.
Renarın gedişindən dərhal sonra Səudiyyə Ərəbistanı futbol rəhbərliyi yeni qərarını verib. Turnirdə komandaya hazırda "Əl-Xalic" klubunu çalışdıran Yorqos Donis rəhbərlik edəcək.


