"Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini qaldırır".

Offsideplus.az xəbər verir ki, bunu "Zirə" ilə heç-heçə başa çatan matçdan sonra "Neftçi"nin məşqçisi Vitali Vernidub deyib.

O, qarşılaşma haqda bunları da deyib:

"Hər iki komanda intensiv oynayırdı. Düşünürəm ki, azarkeşlər üçün maraqlı bir oyun alındı. Bu oyunda əksərən biz dominantlıq edirdik. Bəzi hallarda vıziyyət bərabərləşirdi. Bu oyun bizim üçün hər cəhətdən yaxşı bir oyun idi". 

Oyunçulardan əsas gözləntimiz odur ki, "Neftçi" yaraşan bir oyun göstərsinlər

Son dəqiqələrdəki epizoda gəldikdə isə baxarıq, araşdırarıq ki, oyun bu vəziyyətə gəlib-çıxmasın.

Gənc mütəxəssis "Zirə"nin ikinci hissədə topa daha çox sahib olmasına belə münasibət bildirib:

"Biz topu onlara vermirik. Onlar kifayət qədər səviyyəli komandadıdr, topu onlar özü alır. Biz çalışırıq ki, 90 dəqiqə ərzində yüksək səviyyəli oyun oynayaq. Bunun üçün çalışmağa davam edirik.

Qeyd edək ki, "Zirə" - "Neftçi" matçının sonlarında "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub və birinci köməkçisi qırmızı vərəqə ilə cəzalandığı üçün mətbuat konfransında Vitali Vernidub iştirak edib.