Qadın futbolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirib.

Offsideplus.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda Andorra yığması ilə qarşılaşıb.

Görüş "Bank Respublika Arena"da, saat 17:00-da start götürüb.

Qeyd edək ki, Azərbaycan yığnası hazırda 9 xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın isə 10 xalı var.

DÇ-2027, seçmə mərhələ, C Liqası, 3-cü qrup

 Azərbaycan - Andorra 2:0

Qol: Yeliz Açar, 12. Esra Manya, 65.