Misli Premyer Liqasında XXVIII turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edib. 

Füzuli Məmmədovun komandası rəqibini əliboş göndərib.

Yevlax təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.

Yeganə qola Coy-Slayd Mikels ima atıb.

"Karvan-Yevlax" 14 xalla 12-ci - sonuncu yerdədir. "Şamaxı" isə 32 xalla 7-ci yerin sahibidir.

Misli Premyer Liqası, XXVIII tur

18 aprel (şənbə)

15:30 "Karvan-Yevlax” – “Şamaxı” 1:0

Qol: Coy-Slayd Mikels, 37'

“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 8. Peter Kings 21. İmani Barker

Baş məşqçi: Füzuli Məmmədov

"Şamaxı”: 62. Abdulla Seydəhmədov 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos

Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov

VAR: Əli Əliyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Namiq Əliyev

Yevlax şəhər stadionu