Frenk Lempard "Koventri"ni 25 ildən sonra yenidən Premyer Liqaya qaytarıb.
Offsideplus.az xəbər verir ki, Çempionşip lideri cümə günü "Blekbern"lə 1:1 hesablı heç-heçə edərək elitaya yüksəlməyi rəsmiləşdirib. Bu uğur həm də "Koventri"nin uzunmüddətli tənəzzülünə son qoyub.
Final fitindən sonra sevinc göz yaşlarını saxlaya bilməyən Lempard bunları deyib:
"Karyeram boyu hər zaman nəyisə sübut etməyə çalışmışam. Bu, gəncliyimdən bəri içimdə olan bir hissdir".
Qeyd edək ki, 2001-ci ildə Premyer Liqanı tərk edən "Koventri" 2017-ci ildə hətta dördüncü diviziona qədər geriləmiş, üç mövsüm stadionsuz qalmışdı. Lakin Lempardın rəhbərliyi altında komanda nəhayət ki, İngiltərə futbolunun elitasına geri qayıdıb.


