Misli Premyer Liqasının XXVIII turunda "Sabah" "Qarabağ"a səfərdə 1:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb:

"İlk öncə komandamı təbrik edirəm. Asan deyildi. Çempionlar Liqasında liqa mərhələsində oynamış, Azərbaycanın ən yaxşı komandasına qarşı qalib gəldik və bu, çətin idi. Bu günkü matçın ağır olacağını bilirdik. İlk hissədə daha istəkli olan tərəf biz idik. Çoxlu qol epizodları yaratdıq, lakin penaltidən yararlana bilmədik. İkinci hissədə komandamın reaksiyasını bəyəndim. Kimsə neqativ reaksiya göstərmədi, enerjimizi qoruyub saxladıq. Bugünkü performansımız akademiyalarda göstəriləsi mübarizədir. Sabah yenə məşq edib, gələn həftə oyunumuza çıxacağıq. Yarımfinalda yenə eyni rəqiblə qarşılaşacağıq. Biz yenə final təcrübəsi yaşamaq istəyirik. Bundan sonra çempionatımızda qalan oyunlarımıza fokuslanacağıq".