Antalyada təşkil olunan U-20 "Çempionlar" turnirinin startı Azərbaycan güləşçiləri üçün uğurlu alınıb.
Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə millimizin 5 üzvü mükafatçılar sırasına daxil olub.
Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz fəxri kürsüdə yer alıblar:
Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl, Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində Roman Kərimov (67 kq) turnirin çempionu olub. Eyni çəki dərəcəsində Murad Əliyev bürünc, Cavidan Nəhmətov (77 kq) isə gümüş medala sahib çıxıb.
Beləliklə, komandamız turnirin ilk gününü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayıb.


