Aprelin 20-26-da Albaniyanın Tirana şəhərində keçiriləcək güləş üzrə Avropa çempionatı öncəsi Azərbaycan milli komandaları ilə görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və məşqçilər heyəti idmançılara uğurlar arzulayaraq, onlara olan inamı ifadə ediblər.
Qitə birinciliyində ölkəmizi təmsil edəcək heyətlər artıq bəllidir:
Yunan-Roma güləşi: Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq).
Qadın güləşi: Elnurə Məmmədova (50 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq).
Sərbəst güləş: İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokoyev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq).
Yarışda ədaləti hakimlərimiz Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qoruyacaqlar.


