"Sabah" pley-off mərhələsinin ilk oyununda "Naxçıvan"ı məğlub edib - 106:71.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə oyunla bağlı açıqlamalar verib:
"Qələbə qazansaq da, nümayiş etdirdiyimiz oyunun keyfiyyəti mənim üçün daha önəmlidir. Pley-off mərhələsi liqanın ən vacib hissəsi olduğu üçün bütün çatışmazlıqları minimuma endirməli və maksimum diqqətli olmalıyıq. Burada bir neçə dəqiqəlik zəif oyun hər şeyi əleyhimizə çevirə bilər.
Emmanuel Aqbasonun Gənclər Çempionlar Liqasında rəmzi 'beşlik'də yer alması məni çox sevindirdi. Əsas komanda ilə məşqlər onun çıxışına müsbət təsir göstərdi. İnanıram ki, karyerası yüksələn xətt üzrə inkişaf edəcək".


