"Sabah" klubu "Qarabağ"la matçda zədələnən Coy-Lens Mikelsin durumu barədə açıqlama yayıb.

Offsideplus.az xəbər verir ki, ilkin müayinənin nəticəsinə görə, hücumçunun üz nahiyyəsində sınıq aşkarlanıb.

Onun yekun durumu ətraflı müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, Mikels 18 qolla Misli Premyer Liqasının bombardiridir.