"Gəncə"nin oyunçusu Carvis Qarret "Ordu"ya qarşı 1/4 final matçında 20 xal, 4 ribaund, 8 assistə imza ataraq oyunun ən yaxşısı olub.
Offsideplus.az xəbər verir ki, Qarret Azbasketbol-a açıqlamasında qələbəni şərh edib:
"Yaxşı oyun idi, döyüşdük. Hər iki komandanın üstünlükləri vardı. III raundda 14-17 fərq ilə üstünlüyü ələ keçirdik. IV raundda rəqib yenidən mübarizə ortaya qoydu. Biz döyüşməyə davam etdik. Savaşdığımız üçün bu gün qələbə qazanmağı bacardıq. Hədəfimiz ABL-dir. Buraya ilk gələndə məşqçi ilə danışdığımız bu olub. Hazırda titula daha yaxınıq, "Sabah"ı keçməliyik. Onlar yaxşı rəqibdirlər. Məncə, onlara qalib gələ bilərik. Görəcəyik".
O, şəxsi performansı barədə bu sözləri deyib:
"Öz performansım məncə yaxşı idi. Bəzi şeylər üzərində işləməliyəm. Komandam mənə güvəndi, inandı. Məni tonusda saxladılar və oyunu bitirdik".
Qeyd edək ki, "Gəncə" yarımfinalda "Sabah" ilə üz-üzə gələcək.
View this post on Instagram


