ABL-nin 1/4 finalında "Gəncə" "Ordu"nu məğlub edərək mərhələ adlayıb.
Offsideplus.az xəbər verir ki, "Gəncə"nin baş məşqçisi Halil Atlı səfər oyunundan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:
"Komandamı təbrik edirəm, qürur duyuram. Əla oynadılar. Ötən mövsüm pley-offda dayanmışdıq. İndi bunun çoxunu etdik. Yarımfinalda rəqibimizin liqanın ən güclüsüdür. Seriya matçları oynamaq asan deyil. Gərgin perioddan keçirik, belə də davam edəcək. Bunun fərqindəyik. Komandama güvənirəm. Mübarizəni sevən kollektivimiz var. Buna bizi sövq edən də azarkeşlərimizdir. Onları ev və səfər görüşlərində gözləyəcəm. Tribunaların dolmasını istəyirəm. Çünki rəqib də güclüdür. Çox ciddi nöqtədəyik. Xoşbəxtəm, inşallah, bu mərhələni də keçmək üçün əlimizdən gələni edəcəyik".
H.Atlının Azbasketbola açıqlamasını təqdim edirik:
View this post on Instagram


