"Barselona" transfer bazarında səs gətirəcək növbəti addıma hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Atletiko"nun ulduz hücumçusu Xulian Alvaresi heyətinə qatmağı planlaşdırır.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

26 yaşlı dünya çempionu "Barselona"nın 2026-cı ilin yay transfer pəncərəsi üçün prioritet hədəfidir. "Blauqrana" argentinalı forvardın keçidi üçün 100 milyon avronu "gözdən çıxarıb".

Qeyd edək ki, 2024-cü ildən Madrid klubunun formasını geyinən Alvaresin müqaviləsi 2030-cu ilə qədərdir.

O, cari mövsümdə çıxdığı 47 oyunda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.