"Bayern Münhen" ötən gün "Ştutqart"ı məğlub edərək 35-ci dəfə Bundesliqada çempion olub.
Offsideplus.az xəbər verir ki, bu oyunda 4 dəfə fərqlənən Münhen təmsilçisi cari mövsümdə vurduğu qolların sayını 160-a çatdırıb.
Beləliklə, Vensan Kompaninin komandası rekord qırıb.
Əvvəlki rekord 2019/20 mövsümünə aid idi. O zaman "Bayern Münhen"i Hansi Flik çalışdırırdı.


