Ötən gecə Argentinada "Superklasiko" baş tutub.
Offsideplus.az xəbər verir ki, Leandro Paredesin ilk hissədə penaltidən vurduğu qol "Boka Xuniors"a səfərdə "River Pleyt" üzərində 1:0 hesablı qələbə qazandırıb.
Onlar əzəli rəqibinin bütün turnirlər daxil olmaqla 9 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
Bu, həmçinin "milyonçular"ın Eduardo Koudetin rəhbərliyi altında ilk məğlubiyyəti olub.
Hazırda "River Pleyt" "Apertura"da B qrupunda 26 xalla ikinci, "Boka Xuniors" isə A qrupunda 24 xalla üçüncü pillədə qərarlaşıb.


