"Qalatasaray" transfer bazarında əsl "bomba" partlatmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Siti" ilə yollarını ayıracağı dəqiqləşən Bernardo Silvanı heyətinə qatmaq üçün hərəkətə keçib.

Xarici mətbuatın yaydığı məlumata görə, portuqaliyalı ulduz uzun müddətdir ki, "sarı-qırmızılılar"ın transfer siyahısında yer alır.

Lakin 31 yaşlı yarımmüdafiəçi üçün rəqabət kifayət qədər böyükdür. "Qalatasaray"la yanaşı, "Yuventus", "Barselona", "Benfika", həmçinin Səudiyyə Ərəbistanı və MLS klubları da onu öz sıralarında görmək istəyir.

Qeyd edək ki, Bernardo Silva bu mövsümün sonunda "şəhərlilər"dəki 9 illik karyerasına son qoyacaq. Cari mövsümdə İngiltərə klubunun heyətində 45 oyuna çıxan təcrübəli oyunçu 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.