Fransa yığmasının üzvü İbrahima Konate karyerasını "Liverpul"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi Mersisayd təmsilçisi ilə yeni müqavilə imzalamağa çox yaxındır. Futbolçu özü də bu barədə açıqlama verərək, klubla danışıqların müsbət yekunlaşmaq üzrə olduğunu təsdiqləyib.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Konate növbəti mövsümdə də Liverpul formasını geyinmək istədiyini və tərəflərin uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, fransalı müdafiəçinin hazırkı sözləşməsi cari mövsümün sonunda başa çatırdı.

"Real Madrid" onun durumunu yaxından izləyən klublardan biri idi. Lakin Konate qalmağa qərar verib.