​"Real Madrid"in əfsanəvi futbolçularından olan, hazırda klubun baş məşqçisi olan Alvaro Arbeloa gənc istedad Arda Gülerin çıxışı barədə yüksək fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, Arbeloa türkiyəli futbolçunun həm xarakterini, həm də meydandakı performansını tərifləyib. O, Ardanın tənqidçilərə meydanda cavab verdiyini bildirib:

"Mən bura gələndə onun vacib oyunlarda oynamağa qadir olmadığı barədə söhbətlər gəzirdi... Amma onun "Bayern Münhen" və "Mançester Siti"yə qarşı necə oynadığına bir baxın."

​Gənc oyunçunun zəhmətkeşliyini vurğulayan Arbeloa Ardanın inkişaf yoluna toxunub:

"Mən onun istedadını, istəyini və göstərdiyi fədakarlığı hər zaman görmüşəm. Bu, onun uğurudur, çünki o, keçdiyi yolda etdiyi səhvlərdən dərs çıxarmağı bacardı."

​Arbeloa Ardanın artıq hazır bir ulduz olduğunu qeyd edərək fikirlərini bu sözlərlə tamamlayıb:

​"Arda Gülerin bu mövsümü böyük bir nailiyyətdir. O, sadəcə gələcəkdə böyük işlər görmək üçün yaradılmış bir oyunçu deyil, o, həmin işləri artıq indidən reallaşdırır."