Futbol dünyasında yeni bir həyəcan dalğası yaşanır. Cəmi bir dəfə — 1989-cu ildə əfsanəvi Alfredo Di Stefanoya təqdim edilən "Super Qızıl Top" (Super Ballon d’Or) mükafatının yenidən verilə biləcəyi iddiaları və namizədlər arasında ehtimallar açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu mükafat adi "Qızıl Top"dan fərqli olaraq, bir mövsümə görə deyil, son bir neçə onilliyin ən yaxşı futbolçusuna verilir.
Mövcud statistikalar və nailiyyətlər əsasında hazırlanan ehtimal siyahısında 8 qol qələbəsinin sahibi Lionel Messi rəqiblərini böyük fərqlə qabaqlayır:
- Lionel Messi: 80% ???? (8 "Qızıl Top", Dünya Çempionluğu)
- Kriştiano Ronaldo: 16% (5 "Qızıl Top", Avropa Çempionluğu)
- Ronaldo Nazario: 2% (2 "Qızıl Top", 2 Dünya Çempionluğu)
- Andrey Şevçenko: 1%
- Zinəddin Zidan: 1%
TBu mükafatı dünyada yalnız bir nəfər — "Real Madrid"in əfsanəsi Alfredo Di Stefano qazanıb. O, 1989-cu ildə Yohan Kroyff və Mişel Platinini geridə qoyaraq bu titula layiq görülüb.
Mükafat son 30-40 ilin ən stabil və ən çox fərqlənən oyunçusuna təqdim olunur.
"France Football" tərəfindən hələ rəsmi təsdiq gəlməsə də, 2026-cı ildə və ya yaxın gələcəkdə mükafatın yenidən təsis ediləcəyi gözlənilir.



