UFC Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə 2028-ci ilədək hər il Bakıda "UFC Fight Night" turnirlərinin keçirilməsini nəzərdə tutan çoxillik müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində ilk turnir - bu il iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Ötən il Bakı Kristal Zalında keçirilən debüt UFC tədbirinin böyük maraqla qarşılanması və biletlərin tam satılması bu tərəfdaşlığın genişləndirilməsinə zəmin yaradıb.

UFC prezidenti Dana Uayt Bakıdakı azarkeş həvəsini yüksək qiymətləndirərək, şəhərin qonaqpərvərliyindən heyran qaldığını bildirib. Gənclər və idman naziri Fərid Qayıbov isə bu əməkdaşlığın Azərbaycanın qlobal idman mərkəzi kimi mövqeyini möhkəmləndirəcəyini və yerli MMA idmançılarının inkişafına böyük təkan verəcəyini vurğulayıb.