​"Bayern Münhen"in fransalı yarımmüdafiəçisi Maykl Olise klubun Bundesliqa çempionluğunu qeyd etdiyi mərasimdə nümayiş etdirdiyi soyuq münasibətə görə azarkeşlərin sərt tənqidi ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, sosial mediada geniş müzakirə olunan hadisə, futbolçunun komanda ruhuna uyğun olmayan hərəkətləri ilə diqqət çəkib.

​Azarkeşlər Olisenin çempionluq qeyd etmələri üçün xüsusi olaraq hazırlanan "Bayern Münhen" köynəyini geyinmədiyini dərhal hiss ediblər.

​Ən çox səs-küyə səbəb olan məqam isə Olisenin komanda yoldaşları ilə birlikdə çəkilən rəsmi çempionluq fotosunda yer almaması olub. O, heyətdə poza verməyən yeganə oyunçu kimi yadda qalıb.

​Bu görüntülər "Bayern Münhen" tərəfdarları arasında ciddi narazılıq doğurub. Bir çox azarkeş futbolçunu kluba və qazanılan uğura hörmətsizlikdə ittiham edərək, onun bu tavrını "qəbuledilməz" adlandırıb.