Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandasında baş məşqçi dəyişikliyi baş verib.
Offsideplus.az AFFA-nın mətbuat xidmətinə stinadən xəbər verir ki, Nərgiz Qurbanova ilə yollar ayrılıb. 2022-ci ildən U-17 millisinin sükanı arxasında olan mütəxəssis vəzifəsindən kənarlaşdırılıb.
Onun əvəzinə müvəqqəti olaraq A millinin məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.


