Meksika yığmasında baş məşqçi postu ilə bağlı yeni qərar verilib.

Offsideplus.az xəbər verir ki, Meksika Futbol Federasiyasının yaydığı məlumata görə, builki dünya çempionatından sonra milliyə Rafael Markes rəhbərlik edəcək.

Hazırda 47 yaşlı mütəxəssis yığmanın sükanı arxasında olan Xavyer Aqirrenin köməkçisi funksiyasını yerinə yetirir. Karyerası ərzində "Barselona"da göstərdiyi oyunla yadda qalan sabiq müdafiəçi, məşqçilik fəaliyyətinə Kataloniya klubunun əvəzedici komandasında başlayıb.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi DÇ-2026-da 48 yığma çempionluq uğrunda yarışacaq. Meksika millisi qrup mərhələsində CAR, Cənubi Koreya və Çexiya ilə qarşılaşacaq.