AFFA-nın nümayəndə heyəti Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın təşkilatçılığı ilə keçirilən "Məktəblərdə Futbol" seminarında iştirak edir.

Offsideplus.az xəbər verir ki, aprelin 21-dən 23-nə qədər davam edəcək tədbirdə qurumun Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssislər Orxan Mikayıllı və Ziya Səfərov təmsil olunur.

Azərbaycanla yanaşı, daha 17 Avropa ölkəsinin qatıldığı seminarda məktəb futbolunun inkişafı, uşaqların idmana cəlb olunması və təcrübə mübadiləsi kimi mövzular müzakirə edilir. Məqsəd kütləvi futbol strategiyası çərçivəsində ölkələr arası əməkdaşlığı gücləndirməkdir.