İtaliyada idman dünyası böyük bir qalmaqalla sarsılıb.
Offsideplus.az xəbər verir ki, A Seriyasında çıxış edən 50 futbolçu və bir Formula 1 pilotunun da adının hallandığı genişmiqyaslı fahişəlik şəbəkəsi ifşa olunub.
Aparılan araşdırmalar nəticəsində artıq 4 nəfər saxlanılıb.
İstintaq materiallarına görə, cinayətkar şəbəkəsinin tərkibində təxminən 100 qadın fəaliyyət göstərib. Şəbəkəni idarə edən agentliyin iş mexanizmi və qazancı barədə aşağıdakı faktlar məlum olub:
- Agentlik hər müştəri üçün ödənilən məbləğin 50%-ni özünə götürürmüş
- Müştərilər arasında İtaliya yüksək liqasının tanınmış simaları və beynəlxalq idmançılar yer alır
- Şəbəkənin təşkilatçısı olduğu iddia edilən 4 şəxs hazırda nəzarət altındadır.
Hələlik adları gizli saxlanılan futbolçuların "Yuventus", "Milan", "İnter" və "Roma" kimi nəhəng klublarda çıxış etdiyi ehtimal olunur. Hadisənin miqyası İtaliya mətbuatında "son illərin ən böyük idman qalmaqalı" kimi qiymətləndirilir.
İstintaq davam edir və yaxın günlərdə daha çox şəxsin məsuliyyətə cəlb olunacağı gözlənilir.


