Türkiyəli güləşçi Rıza Kayaalp Avropa çempionatlarında növbəti böyük zəfərinə imza atıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli idmançı 13-cü dəfə qitənin ən güclüsü olaraq əfsanəvi Aleksandr Karelinin rekordunu qırmağı bacarıb.
Kayaalpın qazandığı bu tarixi uğurla bağlı önəmli faktlar:
13-cü qızıl medalını qazanan Rıza Avropa çempionatı tarixində ən çox çempionluq yaşayan güləşçi adını təkbaşına ələ keçirib.
O, 2010, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2021, 2022, 2023 və son olaraq 2026-cı illərdə Avropanın zirvəsinə yüksəlib.
Bu qələbəyə qədər rekord Rıza ilə yanaşı, 12 çempionluqla məşhur rusiyalı güləşçi Aleksandr Karelinə məxsus idi.


