Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatının ikinci günündə yunan-Roma güləşçilərimiz uğurlu çıxış ediblər.

Offsideplus.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) bütün rəqiblərini, o cümlədən yarımfinalda gürcüstanlı Dieqo Çxikvadzeni (4:2) məğlub edərək karyerasında 4-cü dəfə Avropa çempionatının finalına çıxıb. 

Qurban Qurbanov (82 kq) isə yarımfinalda Gela Bolkvadzeyə qalib gələrək final vəsiqəsi qazanıb. Hər iki güləşçimiz sabah qızıl medal üçün mübarizə aparacaq.

Nihat Məmmədli (60 kq) yarımfinalda uduzsa da, sabah bürünc medal uğrunda xalçaya çıxacaq.

Ruslan Nurullayev (72 kq) və Murad Əhmədiyev (97 kq) 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıblar.

Sabahkı final görüşlərində Həsrət Cəfərov türkiyəli Murat Fıratla, Qurban Qurbanov isə rusiyalı Adlet Tyulbayevlə qarşılaşacaq.