Azərbaycan Kubokunun yarımfinalı üzrə cavab oyununda "Turan Tovuz" "Zirə"yə qarşı oyunda heç-heçə edərək mübarizəni dayandırıb. 

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin məşqçisi Yunis Hüseynov oyunu şərh edib:

"Hər bir komanda qalib gəlmək istəyirdi. Biz də həmçinin. Bu oyunda güclü tərəf biz idik. Kubokda haqqımızı yedilər. Finala haqlı olaraq vəsiqə qazanan tərəf biz olmalı idik. Keçən oyundakı səhvlərə görə bu gün qələbə qazana bilmədik. Bu matçda qolumuzu da saymadılar. Rəqib komanda qol vuranda VAR-da baxdıqlarını görməmişəm. Əliyarı da qırmızı verdiyi üçün cəzalandırmışdılar. Hər bir komanda kuboku qazanmaq istəyir. Biz də həm kuboku qazanıb, həm də irəliyə getmək istəyirik. İkinci yeri düşünmürük, qarşıdakı oyunlara hazırlaşırıq. "Zirə"yə uğurlar arzulayıram".