Azərbaycan Kubokunun yuarımfinalında "Turan Tovuz"u mübarizədən kənarlaşdıran "Zirə" finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında matçı şərh edib:
"Stressli oyun keçdi. Oyundan əvvəl də özümüzü buna hazırlayırdıq. Ən stressli, gərgin oyunumuzu keçirdik. 65-ci dəqiqəyə qədər bərabər oyun gedirdi, sonra rəqib önə atıldı. Biz də hesabı nəzərə alıb müdafiəyə çəkildik. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirik. Futbolçularımıza təşəkkür edirəm. Güclü rəqibə qarşı mübarizə aparıb finala çıxdıq".
R.Sadıqov tovuzlu azarkeşlərin onun ünvanına səsləndirdiyi etiraz şüarlarına reaksiya bildirib:
"26 il bundan əvvəl "Turan Tovuz"da oynamışam. Bu ilə qədər oraya gedəndə sanki evimə getmişəm. Məni tovuzlu kimi tanıyıblar. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, bu, düz deyil".
Mütəxəssis son zamanlarda "Qarabağ"ın intizamsızlığı ilə gündəm olan futbolçuları barədə bu açıqlamanı verib:
"Çıxış yolunun nədə olduğunu bilmirəm. Keçmiş yerli futbolçularda, bəlkə də məndə də xəta olub. Bu gün kiminsə səhvləri barədə danışmaq düzgün olmaz. Yerli futbolçular çox istərdim ki, daha intizamlı olsunlar. Çalışsınlar ki, bu uğuru düzgün balanslaşdırsınlar".


