"Real Madrid" rəhbərliyində Xabi Alonsonun gedişi ilə bağlı maraqlı pərdəarxası məqamlar üzə çıxıb.

Offsideplus.az xəbər verir ki, Klubun prezidenti Florentino Peres, əslində, ispaniyalı mütəxəssislə yolları daha erkən ayırmağın tərəfdarı imiş.

​Məlumata görə, Peres 7 dekabrda baş tutan və məğlubiyyətlə başa çatan "Selta Viqo" oyunundan dərhal sonra Alonsonu istefaya göndərmək qərarına gəlib. Lakin klubun baş direktoru Xose Anxel Sançes müdaxilə edərək prezidenti fikrindən daşındırıb və bir qədər də gözləməyə razı salıb.

​Xabi Alonso yanvar ayına qədər postunda qalsa da, nəticədə rəsmi ayrılıq həmin ay baş tutub. İndi isə Florentino Peresin bu qərara görə peşman olduğu bildirilir:

​Peres yanvar ayını "itirilmiş zaman" kimi qiymətləndirir. Prezident hesab edir ki, dekabrda veriləcək ani qərar komandanın toparlanması üçün daha çox vaxt qazandıra bilərdi.

​İcraçı direktorun təkidli müdafiəsinə baxmayaraq, Alonsonun performansı rəhbərliyi qane etməyib.

​Hazırda "Real Madrid" düşərgəsində bu gecikmənin mövsümün ümumi gedişatına necə təsir edəcəyi müzakirə mövzusudur.