Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal mərhələsi bu gün başlayır.
Offsideplus.az xəbər verir ki, ilk oyunda "Sabah" "Gəncə"ni qəbul edəcək.
Görüş Bakı İdman Sarayında baş tutacaq.
Qeyd edək ki, seriyada ilk olaraq 2 qələbəni qazanan komanda finala yüksələcək.
ABL, yarımfinal mərhələsi
19:00 "Sabah" - "Gəncə"
Bakı İdman Sarayı


