Azərbaycan Kubokunda ikinci finalçı bu gün məlum olacaq.
Offsideplus.az xəbər verir ki, "Sabah" Masazırda "Qarabağ"ı qəbul edəcək.
Tərəflər arasındakı ilk oyun 2:2 hesabı ilə başa çatıb.
Bu görüşdə qalib gələn tərəf həlledici oyunda "Zirə" ilə üz-üzə gələcək.
22 aprel (çərşənbə)
20:00 "Sabah” – “Qarabağ”
İlk oyun: 2:2
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu
VAR: Kamranbəy Rəhimov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”


