Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün mübarizəyə qadın güləşçilərimiz qoşulub.
Günay Qurbanova (59 kq) almaniyalı Elena Brüggerə 7:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Digər təmsilçimiz Elnurə Məmmədova isə təsnifat mərhələsində polşalı Aqata Qoluçovskaya "tuş"la məğlub olub.
G. Qurbanovanın yarımfinal görüşü bu axşam baş tutacaq. O, qələbə qazanarsa, sabah qızıl uğrunda güləşəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-na qədər davam edəcək.


