AFFA U-10 Liqasında qayda pozuntusuna yol verən "Karvan-Yevlax" komandası ağır cəza ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında Yevlax təmsilçisinin yarışdan kənarlaşdırılmasına qərar verilib.
Araşdırmalar nəticəsində məlum olub ki, "Karvan-Yevlax" SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə qanunsuz olaraq öz heyətində çıxış etdirib. Bu ciddi pozuntuya görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib və kollektiv turnirdən uzaqlaşdırılıb.
Komandanın baş məşqçisi Oqtay Əlizadə də sərt şəkildə cəzalandırılıb. Onun 6 ay müddətinə futbola aid istənilən fəaliyyətlə məşğul olmasına qadağa qoyulub.


