Mançester Siti və Premyer Liqa rəhbərliyi komandanın oyun təqvimində dəyişikliklə bağlı danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, “şəhərlilər”in "Kristal Pelas" ilə ev və "Bornmut" ilə səfər oyununun yerlərinin dəyişdirilməsi gündəmdədir.
Bu addım İngiltərə Kuboku finalı ərəfəsində komandanın fiziki vəziyyətini qorumağa hesablanıb.
Planlaşdırılan dəyişiklik həyata keçərsə, “Mançester Siti” 7 günə 3 oyun əvəzinə 8 günə 3 oyun keçirəcək və əlavə bir gün istirahət əldə edəcək.


