​"Fənərbağça" İdman Klubu rəsmi bəyanat yayaraq komandada ciddi kadr dəyişikliklərinin edildiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, rəhbərliyin keçirdiyi iclasda alınan qərarlara əsasən, həm texniki heyət, həm də idman rəhbərliyindəki mühüm şəxslərlə yollar ayrılıb.

​Klubun rəsmi açıqlamasına görə, aşağıdakı şəxslərlə müqavilələrə xitam verilib:

Domeniko Tedesko – Baş məşqçi və onun köməkçiləri;

Devin Özek – İdman direktoru;

​Berke Çelebi – Futbol koordinatoru.

​Klub rəhbərliyi ayrılan mütəxəssislərə göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

​Mövsümün sonuna qədər komandanın idarəçiliyi tanış simaya tapşırılıb. Köməkçi məşqçi Zeki Murat Göle qalan matçlarda "Fənərbağça"nın başında meydana çıxacaq.